Çinin nəzarətdən çıxan kosmik gəmisinin bazar günü – aprelin 1-də Yerə düşəcəyi ehtimal olunur.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin 2016-cı ildə səmaya buraxdığı “Cənnət sarayı -1” adlı kosmik gəminin Yer planetinə doğru hərəkət etdiyi bildirilir. Çinin “Tiangong-1” rəsədxanası 9,4 ton ağırlığında olan kosmik gəminin 1 aprel tarixində dünyaya qayıdacağını açıqlayıb. Rəsədxana dəqiq bir koordinat verməsə də, kosmik gəminin Türkiyəyə düşmə ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, alimlər raketin böyük bir hissəsinin atmosferə daxil olduqdan sonra yanaraq, yerə çırpılacağını bildiriblər.