Türkiyəni “terror ölkəsi” adlandırıldı – Livan səfiri XİN-ə çağırıldı

Livanın Ankaradakı səfiri Həssən Müəllim Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb isə bir qrup şəxsin Beyrutda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsi olub.

Aksiya iştirakçıları Türkiyəni “terror ölkəsi” adlandırıb və Türkiyənin dövlət bayrağını yandırıblar.

Türkiyə XİN Livan səfirinə iradlarını çatdıraraq belə təxribatçı aksiyalara son qoyulmasını və Beyrutdakı səfirliyin təhlükəsizliyinin təmin edilməsini tələb edib.

COP29