Almaniya və İsrail İstanbulda baş verən terror hadisəsindən sonra yenidən vətəndaşlarına xəbərdarlıq etdilər. Yenicag.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi İstanbuldakı vətəndaşlarına “oteldən çıxmayın” mesajı göndərib. Bir öncəki terrorda 3 vətəndaşını itirən İsrail isə İstanbul Baş Konsulluğuna “Şəhərlə bağlı informasiya axınını gücləndirin” təlimatı verib.
Terror olacağı xəbərini aldıqları üçün təmsilçilik və məktəblərini bağlayan Almaniya İstanbuldakı vətəndaşlarına bir daha xəbərdarlıq edib. Bu isə İstanbulda yeni terror fəaliyyətinin ola biləcəyi ehtimalını ortaya qoyub. Qalatasaray-Fənərbaxça oyununun təxirə salması da alman kəşfiyyatını təsdiqləyib.
Yenicag.az