Türkiyənin 121 polisi işdən çıxarıldı

169089_res_01Türkiyənin Van bölgəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı davam edən istintaq çərçivəsində 121 polis əməkdaşı tutduğu vəzifədən uzaqlaşdırılıb.

“Anadolu” agentliyi xəbər verir ki, onlardan biri rayon təhlükəsizlik şöbəsinin rəisi, ikisi isə təhlükəsizlik işləri üzrə vəzifəli şəxsdir.

Məlumata görə, bir müddət əvvəl Vanda FETÖ ilə bağlı istintaq işləri çərçivəsində sərəncama alınan 19 polis əməkdaşı tutduqları vəzifəyə bərpa edilib.