Türkiyənin 16 əyalətində FETÖ-çülərə qarşı əməliyyat keçirilib

1359137498_19962500Türkiyənin 16 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

Əməliyyatda polis əməkdaşlarından ibarət 100 dəstə iştirak edib.

Məlumata görə, ümumilikdə 66 ünvanda keçirilən əməliyyatın məqsədi axstarışda olan 58 nəfərin tutulması olub.
Axtarılanlar arasında FETÖ-nün “Türkiyə imamı”, “İstanbul imamı” və “Təhlükəsizlik imamı” kimi tanınan şəxslər də var.

Həbsinə sanskiya verilən FETÖ üzvləri həkim, müəllim, zabit, mühəndis, mühasib, iş adamı, təhlükəsizlik sahəsinin əməkdaşıdır.(Report)

Yenicag.az