!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin 31 böyük şəhərinə giriş-çıxış qadağası UZADILDI

!Reklam – Yazi

Türkiyənin 30 vilayətinə və tənəffüs yolları xəstəliklərinin çox yayıldığı Zonguldağa giriş-çıxış qadağası daha 15 gün uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gecə saat 00:00-dan sonra Ankara, Antalya, Adana, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van vilayətlərinə və Zonquldağa quru, hava və dəniz yolu ilə ictimai və özəl nəqliyyat vasitələrinin daxil olması və çıxışı qadağan olunur.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv