Türkiyənin 77 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirildi

Türkiyənin 77 vilayətində FETÖ-yə qarşı “Kıskaç” əməliyyatı keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, əməliyyat nəticəsində 611 şübhəli saxlanılıb.