Yenicag.ru xəbər verir ki, 11 ədəd ağır texnika Türkiyənin Suriya ilə sərhədinə doğru irəliləyir. Hərbi sursatlar Suriya ilə sərhəddə dislokasiya olunmuş türk hərbi hissələri üçün nəzərdə tutulub.
Kürd mənbələrinin məlumatına görə, Türkiyə ordusu Afrində qüvvələrini yerləşdirməyə başlayıb. Tanklar və ağır artilleriya Tel-Rifat və Azaz rayonlarına doğru hərəkət edirlər.
Mənbə qeyd edir ki, Türkiyə PKK terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyata hazırlaşır.
Xatırladaq ki, Suriyada müharibə 2011-ci ilin mart ayında, hərbçilərin dinc nümayişçilərə atəş açmasından sonra başlayıb. BMT-nin məlumatına əsasən, münaqişə zamanı 400 mindən çox insan ölüb, 10 milyondan çox insan isə evlərindən didərgin düşüb. 4,8 milyon insan özünə ölkə xaricində sığınacaq tapıb.