Türkiyənin Ali Seçki Şurası prezident seçkilərinin mayın 14-də keçirilməsini təsdiqlədi

Türkiyənin Ali Seçki Şurası ölkədə prezident seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə xəbər hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.

Prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə, bu, mayın 28-də baş tutacaq.