Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.
Yenicag.az bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Qeyd edək ki, layihə parlamentə dünən təqdim edilib.
Sənədə əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.
Sənədin mətnində deyilir: “Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur”.