Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfirindən İLK AÇIQLAMA

“Bu şərəfli vəzifəni icra etidyim zaman ərzində Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” anlayışı ilə əməkdaşlığını, qardaşlığını və ittifaqını hər sahədə inkişaf etdirməyə davam edəcəyik”.

Yenicag.az xəbər verir ki, buunu Türkiyənin ölkəmizə yeni səfiri təyin olunması münaisbətilə “X” hesabında paylaşım edən Birol Ağgün qeyd edib.

“Türkiyə Respublikasının Azrbaycandakı səfiri təyin edildiyim üçün prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm. Birlikdə çalışmaqdan şərəf duyduğum xarici işlər nazirimiz Hakan Fidana məni dəstəklədiyi üçün təşəkkür edirəm”, – deyə yeni səfir vurğulayıb.