!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

!Reklam – Yazi

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Yenicag.az-a verilən məlumata görə, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Səfir Erkan Özoral öz növbəsində universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb və səfirliyin bütün bu məsələlərə dəstək olacağını bildirib.
Görüşdə Mövlanə mübadilə proqramı, ikili diplom, birgə proqram, qrant və startaplar, qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi, Türkiyə festivalının keçirilməsi kimi məsələlər də müzakirə edilib.

www.yenicag.az

3069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv