Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yardım göndərən vətəndaşlarımıza təşəkkür edib.
Yenicag.az xəbər verir ki, səfir bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Kədəriniz-kədərimizdir” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun”, – deyə səfir qeyd edib.