Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Türkiyənin Azərbaycanın yanında olması Qərbi hiddətləndirir" - ŞƏRH

Reklam: Sinerji Pro

“Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub transmilli layihələri, eləcə də kommunikasiya dəhlizlərinin kəsişdiyi rotor ölkəyə çevrilməsi “xristian klubu”nun ölkəmizə qarşı qısqanclığını xeyli artırıb”.

Bu sözləri ABŞ Prezidenti Co Bayden dekabr ayında keçiriləcək Demokratiya Sammitinə Azərbaycan və Türkiyəni dəvət etməməsinə təsir edən amilləri dəyərləndirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycan və Türkiyənin siyasi arenada güclənməsi ABŞ və ümumilikdə xristian dünyasını ciddi şəkildə narahat edir:

“Bu yaxınlarda ABŞ-da keçirilən prezident seçkiləri və qalmaqallı inaqurasiya prosesi göstərdi ki, seçki azadlığı, qaradərililərə qarşı cəllad münasibətlər insan haqlarını, Venesuela və digər Latın Amerikası ölkələrinin daxili işlərinə qarışmaq və hətta hərbi müdaxilə etmək amerikasayağı demokratiyanın göstəriciləridir. Avropa ölkələrinin də miqrantlara qarşı tətbiq etdikləri zorakılıqlar, insan haqqlarından dəm vuranların ancaq sözdə demokrat olduqlarını biruzə verir.

Co Baydenin Türkiyə və Azərbaycan prezidentlərini Demokratiya Sammitinə dəvət etməməsi sözdə insan haqqları və ikilistandartlarla yanaşı, həm də qərəzli münasibətdən irəli gəlir. Son illər Türkiyənin terrora qarşı amansız mücadiləsi, Suriyada, Liviyada və Aralıq dənizində mövqelərini möhkəmləndirməsi, Ərdoğanın müsəlman dünyasının təəssübkeş liderinə çevrilməsi, Qarabağın işğaldan azad olunmasında Azərbaycanın yanında olması Qərbi hiddətləndirməyə bilməzdi. Azərbaycana gəlincə, Rusiya və Türkiyə ilə əlaqələrin möhkəmlənməsi, İlham Əliyevin sərbəst xarici siyasət demarşları, Qarbağdakı misilsiz qələbə, Şərq-Qərb və Şimal-Cənub transmilli layihələri, eləcə də kommunikasiya dəhlizlərinin kəsişdiyi rotor ölkəyə çevrilməsi “xristian klubu”nun ölkəmizə qarşı qısqanclığını xeyli artırıb”.

Gülşən Şərif

www.yenicag.az

227
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100