Türkiyənin azərbaycanlı məmurlara qarşı ittihamları böyüyür

114988_res_00Türkiyədə parlament seçkilərinə bir neçə gün qalır. Ölkədəki siyasi ehtiraslar son həddə qədər qızışıb. Siyasi rəqiblər bir-birini hər məsələdə, o cümlədən iqtisadi mövzularda ittiham edir.

Azərbaycanın Türkiyədə həyata keçirdiyi layihələr (Rusiyanın “Türk axını” və Akkuyu AES layihələrinin taleyi hələ aydın deyil) ən böyük layihələr sayıldığı üçün həm onlar, həm də bu layihələrin əsas icraçısı olan SOCAR təbii olaraq bu diskussiyaların əsas predmetinə çevrilib. Özü də SOCAR-ın ünvanına hər tərəfdən ittihamlar səslənir.

Bu ittihamların bəzisi, məsələn, həm Ankaranın, həm də Bakının xüsusi maraq göstərdiyi TANAP layihəsinə müxalifətçi CXP tərəfindən səslənən ittihamlar dərhal rədd edildi. Bu tənqidçilər həm Türkiyə, həm də Azərbaycandan dərhal susduruldu. Bu layihənin hər iki ölkə üçün əhəmiyyəti vurğulandı.

Elə görünə bilərdi ki, siyasi ehtiraslar artıq səngiyib, hər şey qaydasına düşüb, bu layihəyə dair daha heç bir irad və iddia yoxdur.

Amma belə deyilmiş. TANAP ətrafındakı diskussiyalar hələ davam edir.

Yenicag.az-ın virtual.org-a istinadən məlumatına görə, iqtidaryönlü “Sabah” qəzeti isə SOCAR-ın və onun TANAP-ın üstünlüyünü müxalifətə sübut edən əməkdaşlarının ünvanına yeni ittihamlar səsləndirib. İttihamlar bu dəfə daha ciddidir – onlar nurçuluqda suçlanır.

Vaqif Əliyev

Türkiyə hökumətinin nurçuluğa qarşı necə ciddi mübarizə aparması bəllidir. Elə görünə bilər ki, Azərbaycanda nurçuluqla mübarizə çoxdan başa çatıb. Hər halda bu məsələ indi heç kimin yadına düşmür. Lakin sən demə, buna sevinmək hələ tez imiş…

“Sabah” qəzeti yazır ki, Türkiyənin energetika sektorunu özünə tabe etdirmək istəyən Fətullah Gülən və onun tərəfdarları öz adamlarını SOCAR-a da yerləşdiriblər. Onlar bu sferaya on milyardlarla dollar sərmayə yatırmağa hazırlaşırlar. Bundan əlavə, “ağ türklər” adlanan bu şəxslər SOCAR-da xüsusi struktur yaradıblar. Məqsəd hakimiyyətə yaxın şirkətləri Türkiyənin enerji sektorundan sıxışdırıb çıxarmaq və bütün bu sahəni özünə tabe etdirməkdir.

Bir daha deyək ki, bu ittihamlar çox ciddidir və təkcə Türkiyə üçün yox, həm də Azərbaycan üçün təhlükəlidir.

O zaman Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərova qədər çox adam ciddi şəkildə cəzalandırılmış, təbii ki, vəzifələrini də itirmişdi. O zaman da ilk siqnal Türkiyədən gəlmişdi.

Bəs Türkiyədə bu gün kimi SOCAR-dakı nurçu sayırlar? SOCAR-ın İnvestisiya Departamentinin rəhbəri, Türkiyənin “Petkim” neft-kimya kompleksi Direktorlar Şurasının sədri Vaqif Əliyevi kim nurçuluqda şübhəli bilərdi?

Lakin belə məlum olur ki, nurçuların SOCAR-a yerləşdirilməsi ilə məhz Vaqif Əliyev fəal şəkildə məşğul olurmuş.

Yaxud götürək “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun I müavini Samir Kərimlini.

Samir Kərimli

Belə görünür ki, həm V.Əliyev, həm də S.Kərimli çirkin siyasi oyunlara cəlb olunublar. Bu da onları bitirib. Ərdoğan hökuməti və Türkiyə xüsusi xidmət orqanları əminliklə bildirir ki, V.Əliyev və S.Kərimli F.Gülənin əsas silahına və yerlərdəki canişininə çevriliblər. Ona görə də bütün türk dünyasında öz şəbəkəsini ustalıqla yaradan nurçuların toruna düşüblər. Onları ələ almaq Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri Haldun Yavaş və “SOCAR Turkey Energy” şirkətinin baş hüquq müşaviri Fatih Yigit kimi təcrübəli nurçulardan ötrü heç də çətin deyildi.

Türk xüsusi xidmət orqanları isə belə halları vaxtında aşkarlayır və qarşısını alır. Nurçuluqla mübarizə Türkiyə hökumətindən ötrü xüsusi əhəmiyyət kəsb edib. Çünki bu cərəyanın çoxsaylı nümayəndələri sonradan təxribatçılıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü hakimiyyətin, kommersiya və ictimai təşkilatların bütün eşelonlarına nüfuz edib.

Amma təəssüf ki, Azərbaycan xüsusi xidmət orqanları, o cümlədən bu işlə daha ciddi və bilavasitə məşğul olmalı olan MTN hələlik belə operativlik göstərə bilmir. Bizim MTN hələlik yalnız türk xüsusi xidmət orqanlarının bu məsələdəki tapşırıq və məsləhətlərini yerinə yetirməklə kifayətlənir. Son hadisələr də göstərdi ki, bizim MTN-in bu məsələ ilə məşğul olmağa sadəcə vaxtı olmayıb. Sahibkarları sıxıb onlardan pul çıxarmaq daha vacib və maraqlı məşğuliyyət imiş. İndi isə ümid edək ki, MTN-in yeni rəhbərliyi öz sıralarını natəmiz adamlardan təmizləyəcək və nurçulara qarşı fəal mübarizəyə başlaya biləcək.