!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç TÜİB-i ziyarət etdi - FOTO

!Reklam – Yazi

Azərbaycanda səfərdə olan Türkiyə Cumhuriyyətinin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycanın Baş Prokuroru Zakir Qaralovla görüşdən və “ASAN xidmət” mərkəzi ilə tanış olduqdan sonra “Türkiyə Və Azərbaycan İş adamları və Sənayeçiler” ictimai Birliyini (TÜİB) ziyarət edib.

Yenicag.az xəbər verir ki, TÜİB sədri Hüseyin Büyükfırat Baş Ombudsmanın ziyarətinin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və TÜİB-in bu günədək gördüyü işlər barəsində məlumat verib.

Baş Ombudsman Şərəf Malkoç Türkiyə-Azərbaycan əlaqələrindən söz açaraq ikili münasibətlərin inkişafında TÜİB-in böyük rol oynadığını və Azərbaycanda belə bir qurumun fəaliyyət göstərməsinin gələcəkdə iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə yol açacağını qeyd edib:

“Çox sevindirici haldır ki, Azərbaycanda TÜİB, TİKA kimi Türkiyəni təmsil edən qurumlar fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi və yeni-yeni fəaliyyət sahələrinin yaradılması yönündəki çıxışları və atılan addımlar münasibətləri daha da sağlamlaşdırır. Ancaq təəssüf ki, bütün görülən işlərə rəğmən münasibətlər istənilən səviyyədə deyil. Sizin, rəhbərlik etdiyiniz qurumların bu münasibətlərin, ikili əlaqələrin daha da möhkəmləndirilməsi üçün atdığı addımlar, gördüyü işlər təqdirəlayiqdir”.

Daha sonra Hüseyin Büyükfırat TÜİB adından Baş Ombudsmana üzərinə Quran ayəsi yazılmış dekorasiya hədiyyə edib.

Sonda xatirə fotosu çəkdirilib.

Aqil Bəkir

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv