!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Baş Qərargah rəisi: “Əl Babda əməliyyatlar başa çatıb”

!Reklam – Yazi

Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən “Fərat qalxanı” əməliyyatından danışarkən bildirib.

“Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır”, – deyə, o, vurğulayıb.

Qərargah rəisinin sözlərinə görə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Yeniçağ.az

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv