Türkiyənin Bolqarıstanla sərhədində mina aşkarlandı

Türkiyənin Bolqarıstanla sərhədindəki İynəada sahillərində mina tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə sualtı müdafiə komandaları cəlb olunub və minanın zərərsizləşdirilməsi işlərinə başlanılıb.