Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin “cəzalandırılması”nın PƏRDƏARXASI: "İdarəolunmaz gücün yaranması planların pozulması idi" - ŞƏRH

Reklam: Sinerji Pro

“Türkiyəni hərbi silah, Rusiya və İranla vurmağı bacarmadılar”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyəni bir neçə gündür cənginə alan yanğınların kökündə duran səbəblərə münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, bir çoxları Türkiyədə baş verən yanğınları təsadüfi və təbiət hadisəsi hesab edir. Lakin bu düşüncə sadəlövhlükdür:

“Son illər siyasi, iqtisadi, hərbi və digər istiqamətlərdə ən çox inkişaf edən dünya dövlətləri arasında ilk sırada duranlardan biri də Türkiyə idi. Digər məqam isə Türkiyənin türk və islam dünyası üçün bir mərkəzə çevrilməsidir. Bu amil çoxlarının yuxusuna haram qatmışdı. Başqa əhəmiyyətli məqamlar da var ki, sonda Türkiyənin “cəzalandırılması”na gətirib çıxardı. Bu, Türkiyə kimi güclü və yüksək inkişaf səviyyəsinə sahib bir dövlətin müstəqil siyasət yürütməsi ilə bağlı idi. Bütün dünyanın Çinə qarşı birləşməyə məcbur edildiyi bir məqamda Türkiyə kimi idarəolunmaz bir gücün yaranması planların pozulması idi. Onlara isə mütilər və məhz onlar tərəfindən idarə olunan müdhiş planların tərkib hissəsi olmağa hazır olan dövlətlər lazımdır. Türkiyəni hərbi silah, Rusiya və İranla vurmağı bacarmadılar. Əksinə bu gün baş verən yanğınla bağlı “Türkiyə bizim ən yaxın müttəfiqimiz və dostumuzdur” deyən ölkələr, NATO dövlətləri deyil, onunla eyni taleyi yaşayan Azərbaycandan sonra Ukrayna, Rusiya və İran kimi dövlətlər Türkiyəyə yardıma getdilər”.

Hazırda baş verən yanğınların fəsadlarının danılmaz olduğunu qeyd edən Xəyal Bəşirov bildirib ki, Türkiyə dövlətinin güclü inkişafının əsas istiqamətlərindən biri turizmdir ki, bu gün onu öz silahı ilə vururlar:

“Əsrlər boyu dövlətçilik tarixi olan, qoca Avropanı monqol alovlarından xilas edən, səlib yürüşləri kimi bəlanın qarşısını alan və bu kimi bir çox əvəzolunmaz missiyaları üzərinə götürən Türkiyə bu alovu da söndürəcək. Ancaq hər bir halda baş verən bu olaylar dünyadakı siyasi qütbləşmə prosesində ciddi dəyişikliklərlə də iz buraxacaq”.

Gülşən Şərif

www.yenicag.az

442
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100