!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin diplomatik GEDİŞLƏRİ: "Rəsmi Ankara fürsətdən yetərincə faydalanmağa çalışacaq" - ŞƏRH

!Reklam – Yazi

“Qərbin artan təzyiqi qarşısında Rusiyanın hansısa başqa seçim şansları mümkünsüz görünür”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regiondakı problemləri həll etmək üçün Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini Türkiyəyə dəvət etməsinə münasibət bildirən politoloq Samit Hümbətov Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiki halda Rusiya üçün ən uyğun variant Türkiyənin vasitəçilik missiyası ola bilər:

“Diqqət çəkən önəmli məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Kiyev səfəri və bu səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüşdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti ilə danışdıqdan sonra Rusiya prezidenti ilə də danışacağını və Ukrayna məsələsini müzakirə edəcəyini bildirmişdi. Buradan belə nəticəyə gəlmək olar ki, ölkə başçısı İlham Əliyevin Ukrayna səfəri zamanı Rusiya-Ukrayna münaqişəsi tərəflər arasında bağlı qapılar arxasında müzakirə edilən mövzular sırasında ola bilər. Əslində, Qərbin artan təzyiqi qarşısında Rusiyanın hansısa başqa seçim şansları mümkünsüz görünür və vəziyyətin nisbətən də olsa, normallaşması üçün ən optimal variant hələlik məlum seçimdir. Bütün hallarda görünən odur ki, rəsmi Ankara fürsətdən yetərincə faydalanmağa çalışacaq. Bu isə Türkiyənin regional deyil, hətta qlobal güc olma yolunda əsas vasitələrdən biri hesab edilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv