Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türkiyənin dövlət qurumları FETÖ-dən böyük mənada təmizlənsə də...” – AKP millət vəkili

Reklam: High Technic

“FETÖ terror şəbəkəsinin tam olaraq sıradan çıxarılması üçün ardıcıl tədbirlər həyata keçirilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında FETÖ terror şəbəkəsinin 2016-cı il iyulun 15-də Türkiyədə baş vurduğu hərbi çevriliş cəhdindən ötən 5 il ərzində görülən tədbirləri dəyərləndirən Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım deyib.

Şamil Ayrımın sözlərinə görə, geridə qalan 5 ildə Türkiyənin dövlət strukturlarının FETÖ-dən təmizlənməsinə yönəlik mühüm işlər görülüb:

“Bildiyiniz kimi, 2016-cı il iyulun 15-də meydana gələn xain çevriliş cəhdinin qarşısı xalqın və hökumətin qətiyyəti, birgəliyi nəticəsində alındı. Əminliklə deyə bilərik ki, o gün Türkiyənin çağdaş tarixində yeni dönüş nöqtəsi oldu.

Xatırladım ki, Fətullahçı şəbəkə hələ 70-ci illərdən etibarən, Türkiyənin dövlət orqanlarında, xüsusilə, təhsil və müdafiə sahəsində ciddi şəkildə strukturlaşmağa başlamışdı. O baxımdan, terror şəbəkəsinə bağlı olan şəxslərin aşkarlanması və zərərsizləşdirilməsi heç də asan deyildi.

Buna baxmayaraq, müvafiq qurumlarımızın fasiləsiz həyata keçirdikləri tədbirlər sayəsində dövlət strukturları FETÖ-çülərdən demək olar ki, təmizlənib. Lakin bunu da etiraf etməliyik ki, Türkiyənin biznes sektorunda FETÖ-yə bağlı dairələr hələ də qalmaqdadır. Bunun da ilkin səbəbi onunla bağlıdır ki, həmin biznes quruluşları əsasən, xarici ölkələrdə fəaliyyət göstərir.

Digər tərəfdən, bir sıra ölkələrdə – onların arasında türk cümhuriyyətləri də var – FETÖ-yə bağlı bir sıra məktəblər hələ də fəaliyyət göstərir. Türkiyə dövləti FETÖ-məktəblərinin tamamilə qapadılması üçün gərəkən addımları atmaqdadır. Eyni zamanda, Türkiyənin Maarif Vəqfi qapadılan FETÖ məktəblərinin yerində yeni məktəblər açaraq, istifadəyə verir.

Toxunmaq istədiyim daha bir mühüm məqam bundan ibarətdir ki, FETÖ-nün aramsız təxribatlarına rəğmən, xalq iqtidara dəstəyini əsirgəməməkdədir. AKP-nin son 5 ildə ərzində keçirilmiş seçkilərdə müttəfiqi MHP ilə birlikdə qalib gəlməsi dediklərimin təsdiqidir. Heç kəs şübhə etməsin ki, Türkiyə iqtidarı FETÖ-nün kökünün tamamilə kəsilməsi üçün bütün addımları atacaq”.

A.Zeynalov

www.yenicag.az

282
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100