Türkiyənin ən məşhur turizm bölgələrindən birində yanğın başladı – FOTO/VİDEO

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda meşə yanğını başlayıb.

Yenicag.az xəbər verir ki, katrancı buxtasının meşə ərazisində naməlum səbəbdən yanğın baş qaldırıb.

Hadisə yerinə Muğla Meşə Region Müdirliyinin hava və quru vasitələri sövq edilib, hazırda havadan və qurudan yanğının söndürülməsi üçün işlər görülür.

Mənbə: Haber qlobal