!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanda

!Reklam – Yazi

Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Gənclər və İdman Nazirliklərinin dəstəyi, Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilən “İki dövlət, tək millət gənclərlə əbədi” layihəsi çərçivəsində Türkiyənin Antalya şəhərində yerləşən Gənclər Mərkəzlərinin nümayəndələri Azərbaycana səfər edib.

Səfər çərçivəsində hər iki dövlətin gəncləri arasında mübadilə proqramları, tarixi köklərə əsaslanan dostluq əlaqələrinin təbliği, könüllülük fəaliyyətləri və gənclər sahəsində işlə bağlı təqdimat və görüşlər keçiriləcək. Eyni zamanda Şəmkir, Gəncə, Tovuz, Göygöl və Şuşa şəhərində yerləşən tarixi mədəniyyət abidələri və gənclər evlərinə ekskursiyalar təşkil olunacaq.

Qeyd edək ki, proqramın əsas məqsədi dövlət başçıları tərəfindən imzalanan “Şuşa bəyannaməsi”nin müvafiq maddələrinə uyğun olaraq türk dövlətlərinin gəncləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və mövcud dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv