Türkiyənin iki şəhərində zəlzələ oldu

Türkiyənin Osmaniyə şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə AFAD məlumat dərc edib. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb.

Daha bir zəlzələ isə Qəhrəmanmaraşın Nurhak rayonunda 4 bal gücündə qeydə alınıb.

Səhər saatlarında qeydə alınan zəlzələnin episentri 7,2 km dərinlikdə olub.