Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adıyaman vilayətində meşə yanır.

Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.

Hadisənin səbəbi məlum deyil.

Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.

Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.

COP29