Türkiyənin ilk kosmonavtını kosmosa göndərəcəyi bugecəki buraxılış mərasimi yanvarın 19-na təxirə salınıb.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, “SpaceX” “AX-3” missiyasının son yoxlamalarının tamamlanması üçün ertələndiyini açıqlayıb.
Kosmosa uçuş tarixi yanvarın 19-u, Bakı saatı ilə 01:49-a ertələnib.
Qeyd edək ki, Türkiyə tarixdə ilk dəfə kosmosa astronavt göndərəcək. Bu tarixi missiyanı Alpər Gezəravcı həyata keçirəcək