Türkiyənin ilk astronavtının Yerə enişi üçüncü dəfə təxirə salındı

Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yerə enişi üçüncü dəfə təxirə salınıb.

Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılması prosesi dayandırılıb.

Kosmik gəmi sazdır, “Ax-3” heyəti sağlamdır. Komandalar hava şəraitini izləməyə davam edəcəklər.

Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın fevralın 5-dək təxirə salındığını açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da BKS-dən ayrılacaq.
Qeyd edək ki, “Crew Dragon” yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da kosmosa göndərilib.

Mənbə: Ntv.com.tr

COP29