Türkiyənin ilk kosmonavtı yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacir məlumat verib. O bildirib ki, Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçacaq.
“Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı “Axiom Mission 3” çərçivəsində yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçacaq.
Bu tarixi missiya gələcək nəsillər üçün böyük bir ilham mənbəyi və Türkiyənin kosmos elmi tədqiqatlarında mühüm mərhələ olacaq”, – nazir vurğulayıb.
Xuraman Etibarlı