Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ilk yerli avtomobilin təqdimat mərasimi keçirilib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, SUV C seqmentli elektrokrossover və sedan tipli elektromobilin təqdima mərasimi İstanbulun Gebze bölgəsində baş tutub. Elektromobillərin Bursa vilayətində istehsal olunacağı planlaşdırılır.
Zavod işə başladıqdan sonra ildə 175 min elektromobil istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, zavodun tikintisinin 2021-ci ildə başa çatacağı gözlənilir. Hazırda avtomobil zavodunun tikintisi davam edir.