Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi “Twitter” hesabında “Türkiyə nə üçün İraqdadır?” başlıqlı məlumatlandırıcı video paylaşılıb.
Yenicag.az xəbər verir ki, Türkiyənin son dövrdə bölgədə terrora qarşı davamlı mübarizə strategiyası çərçivəsində İraqdakı PKK ünsürlərinə qarşı son illərin ən geniş əməliyyatları olan “Pəncə-Qartal” və “Pəncə-Qaplan” əməliyyatlarını həyata keçirdiyi qeyd edilən videoda, bu əməliyyatların PKK terror təşkilatının Suriya və İraq ərazisindən sızma cəhdlərinin artması və bölgədə qeyri-sabitliyin qarşısının alınması üçün icra edildiyi, yəni məqsədin Türkiyə-İraq sərhədi boyunca terror dəhlizinin yaradılmasının qarşısının alınması olduğu vurğulanıb.
Qeyd edilib ki, Türkiyə, “Fırat Qalxanı” və “Zeytun Budağı” əməliyyatları ilə Suriyada terror dəhlizi yaradılması cəhdinin qarşısını aldığı kimi İraq ərazisində də bu cəhdin qarşısının alınması strategiyası çərçivəsində bu əməliyyatları icra edir.
Paylaşımda,Türkiyənin son zamanda xüsusilə başda İŞİD olmaqla İraq və Suriyada həyata keçirilən terrorla mübarizəyə verdiyi dəstək kimi bölgədə sabitsizliyin, milli təhlükəsizliyə qarşı terror hücumlarının və qaçqın axınının qarşısının alınması tədbirlərini davam etdirdiyi ifadə edilir.