!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin İŞİD-i bombalamasına İrandan sərt reaksiya

!Reklam – Yazi

37856Türkiyənin Suriyadakı IŞİD hədəflərini bombalaması İranın narazılığına səbəb olub.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın sualına cavab verən Xarici İşlər Nazirliyi sözçüsü Mərziyyə Afham Türkiyənin bu addımını Suriyanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirib.

“İŞİD-ə qarşı mübarizə ölkələrin milli suverenliyinə hörmət göstərilərək beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq aparılmalıdır. Dövlətlərin milli suverenliyini zəiflədəcək hər cür əməliyyat İŞİD- i daha da gücləndirəcək və daha da cəsarətləndirəcək..”

Qeyd edək ki, Suriya ərazisinə girdiyi üçün, Türkiyəni ittiham edən İranın hazırda silahlı birləşmələri Suriya və İraq ərazisindədir. Suriyada İranın hərbi birləşmələri diktator Bəşər Əsədlə birlikdə müxaliflərə qarşı vuruşur.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv