!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin keçirdiyi əməliyyatlarla bağlı Moskva və Vaşinqtondan bənzər BƏYANATLAR

!Reklam – Yazi

Türkiyənin Şimali İraq və Suriyadakı əməliyyatları ilə bağlı Rusiya və ABŞ-nin rəsmi nümayəndələri açıqlama verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Moskva Türkiyənin keçirdiyi əməliyyatlardan narahatdır.

Kremlin Sözcüsü Dimitri Peskov açıqlamasında fikrini belə ifadə edib:

“Biz Türkiyənin Suriya ilə bağlı narahatlığını başa düşürük, lakin bütün tərəfləri vəziyyəti sabitliyi poza biləcək addımlar atmaqdan çəkinməyə çağırırıq. Bu bumeranq effekti verə və vəziyyəti daha da çətinləşdirə bilər. Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə Türkiyə arasında müəyyən yanaşma fərqləri var”.

Bundan əvvəl Rusiyanın Suriyadakı səfiri Aleksandr Lavrentyev “Türkiyə Suriyada həddindən artıq hərbi güc tətbiq etməkdən çəkinməli və kürd probleminin sülh yolu ilə həllinə çalışmalıdır” demişdi.

ABŞ Dövlət Departamentinin sözçüsü də Rusiyaya bənzər açıqlama verib. Rəsmi Vaşinqton bildirib ki, ABŞ Ankaranın Suriyadakı əməliyyatı ilə bağlı narahatlığını Türkiyə rəsmilərinə çatdırıb. Bəyanatda, “Türkiyəyə belə bir əməliyyat keçirməməsi ilə bağlı xəbərdarlıq etdik və suriyalı tərəfdaşlarımızdan bu cür gərginliyi artırmamalarını istədik”, – deyilir.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv