!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin keçmiş baş naziri vəfat etdi

!Reklam – Yazi

Türkiyənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.

Yenicag.az xəbər verir ki, 86 yaşlı eks baş nazir Ankara Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində anadan olub. İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri vəzifəsində işləyib. 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri olub.

1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsində çalışıb. O, həmçinin 1999-2000-ci illərdə yenidən TBMM-in sədri olub.

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv