!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyənin “kitayski” serialları – Foto

!Reklam – Yazi

55ea0d2ff018fbb8f86788ea1477551819Uzun illərdir bir serial xəstəliyinə tutulmuşuq. Əvvəllər Braziliya ilə başlayan serial marağımızı sonradan türk ssenaristləri təmin etməyə başladılar. Modern.az-ın araşdırmasına görə, Azərbaycan və türk tamaşaçılarının sevərək izlədiyi seriallar əslində Cin dizilərinin türk versiyasıdır.

Məsələn, TRT 1-də yayımlanan “Baba candır” filmi “What happens To My Familiy”nin “kopiyası”dır.
“Star” televiziyasından nümayiş olunan “Kiralıq ask” serial isə Koreya istehsalı olan dizinin eynisidir. “Can love Become Money” adlı dizini koreyalılar 20 bölüm çəkmişlər. Türkiyə versiyasında isə hələ ki bu serial 55-ci bölümü ilə davam edir. İdeyası koreyalılardan götürülən serialın bu sezon da davam edəcəyi bildirilir.
TRT 1-də bu sezon yayımına başlayan “Seviyor, sevmiyor” dizisi də Çin malıdır. Bu serial Türkiyədə dublyajla yayımlananda seyrcini cəlb edə bilmişdi. Türk versiyası da hələ ki izlənən filmlər sırasındadır.
“Show” TV-də yayımlanan komediya janrındakı “Gülümsə, yetər” dizisi də Çin ssenaristlərinin məhsuldur desəm, təəccüblənməyin. Orjinal adı “Smile, you” adlı bu dizi də reytinqli filmlər sırasındadır. Eyni kanalda nümayiş olunan “İlişki durumu” qarışıq dizisinin də ssenarisi türklərə aid deyil.
İki sezondur izlənən “Parampaça” “Autumn tale”, “Hayat şarkısı” “Flames Of Desire”, “No 309” “Fated To Love You” serialının “kopiyası”dır.

Bəzən Çində reytinq rekordu qıran serialların Türkiyə versiyası eyni cür qarşılanmır və ya əksinə, Çində tamaşaçı toplamayan seriallar Türkiyədə çox izlənir.

Türkiyəylə yanaşı, Azərbaycan və İran da bu dizilərə tutqundur. Həvəslə baxdıgınız, atrıq finalı olmuş “Kocamın ailəsi”, “Günəşi beklerken”, “Bir aşk hekayəsi” serialları da çinlilərin beyninin məhsuludur. Demək olar türk ssenaristləri son illər dizi sektorunda daha çox qazanmaq üçün yarışsalar belə, yeni ideyalar istehsal etmirlər. Onlar Çin istehsalı olan seriallara müəyyən dəyişikliklər edərək, yeni ekran əsəri çəkirlər. Bəzən isə dəyişikliyə belə, gərək duymurlar.

Bir necə ildir davam edən “Arka sokaklar” dizisinin orjinalı “CSI”dir. Bu serial əvvəlcə uğur qazanmasa da, ssenaridə müəyyən dəyişiklikdən sonra ekranlarda qalmağı bacardı.
Türk film mütəxəssiləri bildirirlər ki, seriallarda cansıxıcı məqamlar var. Məsələn, türk serialı 100 dəqiqə davam edir. Saat 8-də başlayır və 11-də bitir. Bir problem isə bölümlırin çoxluğudur. Filmin orjinalı 16-20 seriya olur. Təsəvvür edin, bu film 100 seriya olacaq və 100 dəqiqə davam edəcək. Bu serialı necə dinamik saxlamaq olar? Hələ xarakterlər 10 dəfə evlənmək istəyəcək alınmayacaq, 25 dəfə ayrılacaqlar və s. Amma seriallar “kitayski” olsa da, uğur qazanır.

Türkiyədən fərqli olaraq, Azərbaycana gəldikdə isə umumiyyətlə kino sahəsində irəliləyiş yoxdu… Seriallardakı vəziyyət isə bu sahəyə ayrılan vəsaitin üzunü ağ etmədi desək, yanılmarıq…

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv