Fabrikdə dəhşətli yanğın: Ölənlər var

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.

Yenicag.az AA-ya istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər fabrikdə çalışan 4 nəfərin cəsədini tapıblar.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.