Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlandı

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

Yenicag.az xəbər verir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.

R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatlıb.

“Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, – o vurğulayıb.