Türkiyənin kosmosa göndərəcəyi namizədlər bəlli oldu – Ərdoğan açıqlayacaq

Türkiyə tərəfindən kosmosa göndəriləcək namizədlər müəyyənləşib.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin sənaye və texnologiya naziri Mustafa Varank açıqlamasında bildirib.

Nazir qeyd edib ki, 2023-cü ildə Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək namizədlərin kimliyi artıq müəyyənləşib. Onların adlarını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayacaq.

“Qısacası, seçilən türk kosmik yolçusunun lazımi təlimləri tamamladıqdan sonra 2023-cü ilin ikinci yarısında elmi araşdırma aparması üçün Aya deyil, Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlanır”, –  deyə Varank vurğulayıb.