Türkiyədə Antalyanın Qumluca rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09:21-də baş verib.
Zəlzələnin dərinliyi 40 km olub.
İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.
Xatırladaq ki, ötən gün də Antalyada 4,8 bal gücündə zəlzələ olub.