Türkiyənin Antalya vilayətində məşhur Kəmər kurortunun yaxınlığında güclü meşə yanğınları baş verib. Yalnız bir gecədə yanğın 100 hektar meşə sahəsini bürüyüb.
Yenicag.az xəbər verir ki, yanğınla mübarizəyə 1050 nəfər, 200-dən çox avtomobil, 10 təyyarə və 22 helikopter göndərilib.
Ehtiyat tədbiri olaraq ondan çox ev və xəstəxana təxliyə edilib.