Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin lirəni ucuzlaşdıran PUL SİYASƏTİ: "Bu addım milli valyutaya təzyiqi artırır"

“Türkiyədən Azərbaycana idxal olunacaq malların xüsusi çəkisi artacaq”.

Bunu son günlər türk lirəsinin kəskin şəkildə dəyərdən düşməsinin səbəblərini dəyərləndirən iqtisadçı Məmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, Türkiyədə dolların ölkədən çıxarılması lirənin dəyərdən düşməsinə yol açır:

“Türkiyədə lirənin dəyər itirməsi davamlı bir monetar prosesin tərkib hissəsinə çevrilib. Çünki ölkənin xarici borcları artır, dollarla ixrac olunan məhsulların diapazonu genişlənmir və s. Beləliklə, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) lirənin sadəcə uçot dərəcəsini dəyişməklə milli valyutaya olan təzyiqi neytrallaşdırmaq yolunu tutub. Halbuki lirənin Mərkəzi Bankın təkcə uçot dərəcəsi ilə alış həddi müəyyənləşir, ABŞ dollarını əldə etmək tələbi yüksəlir. Çünki biznes subyektləri istehsal etdikləri məhsulların ağırlıq təşkil edən komponentlərini xaricdən idxal edərkən xarici ticarət tərəfdaşına dollarla ödəniş edirlər. Nəticədə dolların bir hissəsi bu yolla ölkədən çıxır. Bu isə milli valyuta olan lirəyə təzyiqi artırmış olur. Azərbaycana gəlsək, lirənin ucuzlaşması Türkiyədən idxal olunacaq malların xüsusi çəkisinin artmasına yol açacaq”.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı keçən ay pul siyasəti faizini 19-dan 18-ə endirib. Bu qərardan sonra türk lirəsi sürətlə ucuzlaşmaqda davam edir.

Gülşən Şərif

www.yenicag.az

174
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100