Türkiyənin Maliyyə nazirinin istefa xəbəri yayıldı

Türkiyə Maliyyə naziri Lütfi Əlvanın istefa verməsi ilə bağlı xəbər yayılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Cumhuriyet” məlumat yayıb.

Qeyd olunub ki, nazir prezident Rəcəb Tayyib Ərdoğana istefa verməsilə bağlı müraciət etsə də, onun istefası qəbul edilməyib.

Məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabından açıqlama verərək yayımlanmış xəbərin yalan olduğunu bildirib. Altun “Cumhuriyet”in üzr istəməli olduğunu da vurğulayıb.