Türkiyənin məşhur aktrisası vəfat etdi

Türkiyənin məşhur aktrisası Nemət Alp 88 yaşında dünaysını dəyişib.

Yeniçağ.az  xəbər verir ki, aktrisa Mezitli rayonunda yerləşən qocalar evində çarpayıdan yıxılaraq ölüb.

Məluamata əsasən, çarpayıdan yıxılması nəticəsində zədə alan aktrisa xəstəxanaya aparılan zaman yolda vəfat edib. Sənətçinin ölmü ilə bağlı artıq cinayət işi başlanılıb.

Qeyd edək ki, N.Alp 1950-ci illərdən filmlərə çəkilib. O, “Gecəkondu yosması”, “Yetim yavrular”, “Çalsın sazlar, oynasın kızlar” və s. ekran əsərlərində rol alıb. Aktrisa son illər qocalar evində qalırmış.

Yeniçağ.az