Türkiyənin məşhur klubu dağılır

Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandıra bilər.

Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Açıqlamada klubun maddi problemlərə görə, çətin günlər yaşadığı bildirilməklə yanaşı, belə bir məqamda heç kimin dəstək olmadığı vurğulanıb. Bu səbəbdən klubun fəaliyyətinin dayandıracağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm Super Liqanı tərk edən 49 yaşlı Qaziantep təmsilçisi hazırda PTT 1-ci Liqada sonuncu pillədə qərarlaşıb.