!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin məşhur köşə yazarı “no war”çılara səsləndi: “Sözümün canı odur ki...”

!Reklam – Yazi

Türkiyənin “Hürriyət” qəzetinin məşhur köşə yazarı Ahmet Hakan bugünkü köşəsinin əhəmiyyətli hissəsini Azərbaycan və Ermənistan arasında gedən döyüşlər fonunda “Müharibəyə yox” deyən şəxslərin fikirlərinin təhlilinə ayırıb.

Yenicag.az həmin yazını təqdim edir:

“Mən də “Savaşa yox” bəyanatı hazırladım

Aralarında ÇOX sayda yazar, şair, alimin də olduğu bir qrup yurddaş bir mətn yayımlayıblar.

“Savaşa, nifrətə, düşmənliyə yox. Sülhə hə” başlıqlı mətni açıb oxudum.

*

Mətndə bu iki məsələyə diqqət yetirilir:

– BİR: Savaş yaxşı bir şey deyil.

– İKİ: Qarabağdakı münaqişə dayanmalıdır.

Başqa?

Başqa bir şey söyləmirlər.

Amma deməyinə, çox şey deyirlər…

Sülhün necə əldə ediləcəyi barədə heç nə demirlər.

*
Bundan sonra…

Mən də bir “Savaşa yox, sülhə hə” mətni hazırlamağa qərar verdim.

*
Çox qısa, çox sadə, sözü heç uzatmayan bir mətndir mənimki.

Belə bir mətn:

*
“Savaş pisdir.

Sülh yaxşıdır.

Azərbaycan ilə Ermənistan arasındakı savaş dərhal bitməlidir.

Sülh dərhal təmin edilməlidir.

Bunun üçün atılmalı çox kiçik bir addım var:

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”.

*
Heç çətinlik çəkmədən hazırladım bu mətni.

Çünki…

Ədalətli bir sülh mətni hazırlamaq əlavə bacarıq tələb edən iş deyil.

Bunun üçün əlini vicdanına qoymaq yetər.

*
Əlini vicdanına qoyan hər dünya vətəndaşı mənim yazdığım kimi bir mətni dərhal yazar.

Hətta məndən də yaxşı yazar.

*
Yəni sözümün canı odur ki…

Bu işin şairliklə, yazarlıqla, alimliklə-filan əlaqəsi yoxdur.

Bu işin vicdanlı və ədalətli olmaqla əlaqəsi var”.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv