Türkiyənin məşhur mafia serialında “Lotu Quli” mesajı – VİDEO

“Eşkiya dünyaya hökmdar olmaz” serialının yeni sezondakı ilk seriyası ağıllara azərbaycanlı kriminal avtoritet Lotu Qulini gətirib.

Yenicag.az xəbər verir ki, buna səbəb Avropa və Türkiyənin silah baronları ilə toplantıda amerikalını öldürən “Hızır Çakırbəyli”nin “mən dostlarımı öldürmürəm” sözləri olub. Bu isə bir neçə ay öncə yayılmış videonu xatırladıb.

Qeyd edək ki, bir neçə ay öncə yayılan videoda Quli də məhz eyni sözdən istifadə etmişdi.

Görünən odur ki, bu söz gerçək və xəyali mafiozlar arasında geniş yayılıb. Ancaq hər ikisinin də məqsədi eynidir. Güc nümayiş etdirərək, dost sayını artırmaq. Qısacası, bu, əslində “dostum yaşayar, düşmənim ölər” mesajıdır.