Məşhur türkiyəli müğənni dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, 62 yaşlı müğənni Harun Kolçak müalicə aldığı xəstəxanada ölüb. Harun Kolçak uzun müddətdir ki, prostat xərçəngindən əziyyət çəkirdi.
Mərhum müğənninin atası, “Yeşilçam”ın əfsanəvi aktyoru Eşref Kolçak:
“Həkimi, Harunun dərmanları qəbul etmədiyini demişdi. Onu, anasının qəbrinə and verdirdim ki, dərmanları iç. Nə desəm fayda verməyəcək. Qismət belə imiş”, sözlərini deyib.