Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Türkiyənin məşhur sənətçiləri Bakıya gəldi – FOTOLAR/VİDEO

23-27 noyabr tarixləri arasında Bakıda “IV Türk Filmləri Həftəsi” keçiriləcək. Tədbirin açılış mərasiminə qatılmaq üçün tanınmış türk aktyorları və rejissorları paytaxtın qonağı olub.

Yenicag.az xəbər verir ki, aktyorlar Gizem Karaca, Deniz Oral, rejissor Mehmet Gün, “ANONS”un pradüseri Halil Kardaş, “Diriliş Ertuğrul”un Sungur Təkini Sezgin Erdemir, “Hay” filminin prodüseri Ahmet Edebali, rejissor-ssenarist Murat Çeri, menecer Özlem Ercağlar və “Türk Filmleri Həftəsi”nin baş koordinatoru Öner Kılıç media mənsubları ilə görüşüb.

Tədbirin koordinatoru Öner Kılıç tədbirin əhəmiyyətindən danışıb.

O, bidirib ki, türk həftəsinin keçirilməsinin əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələn rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

Koordinator Azərbaycan kinosunundan da danışıb. Azərbaycanda kino sənayesinin inkişafı üçün yetərincə yaradıcı potensial olduğunu qeyd edib. Kılıc Azərbaycanda xüsusilə teatr sahəsinin daha çox inkişaf etdiyini və digər ölkələrdə də tanındığını vurğulayıb.

Cəvahir
Həşim

Loading...

www.yenicag.az

4168
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100