“Kanal D” efirində yayımlanan “Çocuklar duymasın” serialı reytinq qurbanı olub.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdir sevilərək izlənən “Çocuklar duymasın” serialı yay aylarında “Kanal D”-də yenidən efirə dönmüşdü. Gözlənilən reytinqi qazanmayan serialın finalının olacağı haqqında iddialar səsləndirilib.
Qeyd edək ki, sözügedən serial bir müddət əvvəl FETÖ qalmaqalı ilə gündəmə gəlmişdi.