!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyənin məşhur serialları başa çatır - Siyahı

!Reklam – Yazi

Azərbaycanlıların da maraqla izlədiyi bir neçə serial başa çatır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bunlardan biri də “Gülperi” serialıdır. Sözügedən serial 30 may 2019-cu ildə izləyiciləri ilə vidalaşacaq.

Bundan başqa “Kızım” serialı da mayın əvvəllərində finala gedəcək. Buna səbəb isə “Med Yapım”ın 2019/2020 il mövsümü üçün yeni serial çəkilişinə başlamasıdır. Serialın baş rolunda isə Cansu Dere oynayacaq.

“Bizim Hekaye” serialı da mayın 30-da yaşıl ekranlarla vidalaşacaq. “Çoçuklar Dumyasın” serialı isə mayın 29-da sezon finalına gedəcək.

Maraqla izlənilən “Çarpışma” serialı izləyiciləri ilə erkən vidalaşmalı olacaq. Sözügedən serialın mayın 30-da sonuncu – 25-ci bölümü yayımlanacaq. İddialara görə, “Ay Yapım” “Çarpışma”nı məhz bir mövsümlük çəkib. Çünki Kıvanç Tatlıtuğ, Alperen Duymaz, Elçin Sangu kimi məşhurları serialda uzun müddətli saxlamaq şirkətə baha başa gəlir.

“Diriliş Ertuğrul” isə 2019-cu ilin iyununda finala gedəcək. “İstanbullu Gelin” serialı da mayda vidalaşacaq seriallar arasındadır. Bu serialın mayın 31-də 87-ci – sonuncu bölümü yayımlanacaq.

www.yenicag.az

13882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv