Türkiyənin məşhur telekanalı satıldı

Türkiyənin “NTV Spor” telekanalı satılıb.

Yenicag.az xəbər verir ki, “Doğuş Yayın Grubu” bunun üçün “Discovery Channel”la anlaşıb. Yaxın saatlarda tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Satışın maliyyə tərəfləri hələlik açıqlanmır.

Qeyd edək ki, “NTV Spor” 2008-ci ildə fəaliyyətə başlayıb.